Dünya kinosunun inciləri sırasına daxil olan və gəliri milyardlarla dollar olan “Karib dənizinin quldurları” film seriyasına çoxumuz baxmışıq. Film ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Film o qədər populyar olmuşdur ki, dünyanın hər yerində bu personaj çox sevilib. Lakin çox az adam bilir ki, Captain Jack Sparrow-Kapitan Çek Sərçə kimi tanınan bu personaj real bir dəniz qulduru olub və ona Avropada Yusif Rəis ( Türk- Müsəlman dənizçi) kimi də tanıyıblar. “Türkə dönmüş xristian” kimi çağrılan Çek 1553-cü ildə İngiltərədə Kentin Faversham qəsəbəsində anadan olub. Gənc yaşlarında balıqçı olan Cek daha böyük iddialar uğrunda dəniz quldurlarına qoşulur. Buna səbəb İngiltərə-İspaniya arasında dəniz hakimiyyəti uğrunda mübarizə oldu. İspan kralı II Flipin dəniz armadasına qarşı dənizdə onlara mane olacaq quldur gəmiləri yaradılması qərarına gəlir və İngiltərə kraliçası I Elizabet düşmən gəmilərini talamaq və qorxutmaq hüququ üçün xüsusi şəxslərə lisenziyalar verməyə başladı. İspan gəmilərindən gələn gəlirin yarı faizi kraliçaya çatırdı və bu lisenziyalı dəniz quldurluğu İspan-İngilis dostluq münasibəti qurulana qədər davam etdi. Nəticədə lisenziyalar ləğv edildi və dəniz quldurları qanundan kənar elan edildilər. Lakin Cek və dəstəsi asan gəlir mənbələrindən əl çəkmək istəmirdilər və onlar uzun zaman İspan gəmiləri ilə yanaşı Avropanın digər gəmilərini ələ keçirməyə başladılar və özlərinə kifayət qədər düşmən qazandılar.
Avropanın ona qarşı çıxmasın görüb O, 1606-cı ilin avqustunda Tunisin osmanlı hakimi Qara Osman bəylə müqavilə bağlayır. Bu müqavilə əsasında da İslam dinini qəbul edib, Osmanlı vətəndaşı adını alıb özünə güclü dayaq əldə edir. İngilis kralından əfv istəsə də buna yox cavabı alandan sonra Türk pirat kimi bütün Avropanın qorxulu yuxusu olur. Şəxsi sərvəti 2 milyon funt sterlinqə çatır.
1608-ci ildə Cek Sərçə, Yusif Rəis olaraq onunla birlikdə olan ingilis və holland dəniz quldurlarına müsəlman olmağı təklif edir və onlar hamılıqla islamı qəbul edirlər. Kapitan Yusuf Asfur kimi adı mənbələrdə də qeyd edilir. (“asfur” ərəbcə “sərçə” deməkdir).
Artıq onlar quldur və ya muzdlu dəniz döyüşçüsü deyil, “kafir xaçpərəstlərə hücum edən döyüşkən müsəlman türk dənizçiləri” hesab olunurdular. Yusif Rəis elə həmin ildə islamı qəbul etmiş Yasəmən adlı siciliyalı bir qadınla evlənir.
Məşhur pirat 1612-ci ildə 65 yaşında dəniz quldurluğunu tərk edərək gənclərə dəniz və artilleriya bacarıqlarını öyrətməyə başlayır. Ömrünün qalan hissəsini Tunisdə dəbdəbəli şəkildə yaşadı və 70 yaşında, ehtimal edilir ki, vəba xəstəliyindən ölüb. Deyilənə görə Türk kimi geyinir, mətbəxi türk yeməkləri ilə zəngin idi. İçki içməz, vaxtında dini ibadətlərini edərdi.
Türk olduğunu hər zaman göstərmək məqsədilə sağ qulağına ” Ay-Ulduz” həkk edilmiş sırğa taxardı. Hətta filmdə belə rejissorlar bunu gizlətməmiş və açıq şəkildə səhnələşdirilmişlər..
Cek Sərçənin hekayəsi 1612-ci ildə “Türk olmuş xristian” adlı pyes yazan ingilis dramaturqu Robert Daborn sayəsində bu günə qədər gəlib çatmışdır.
Zaur Əliyev , dosent