image-rt-reklam
image-1backend

Türk dünyasının liderləri gələn ay Qəbələdə toplaşacaq

image-728x90

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiriləcək.

TDT-nin rəsmi vebsaytında bildirilib ki, 12-ci Zirvə Toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq.

Zirvə görüşünün hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yay mışdı.

Görüşün gündəliyi hələlik məlum deyil.

Qeyd edək ki, TDT-yə üzv dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistandır.

Müşahidəçi üzvlər isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır.

Xatırladaq ki, bu ilin may ayında Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90