Ulusal.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Sürücülük Təhsili İşəgötürənlər Birliyi və İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin texniki dəstəkyilə Azərbaycan Müstəqil Avtomobillər Birliyi 14-17 oktyabr 2024-cü il tarixlərində Bakıda beynəlxalq konfrans təşkil edir.
Konfransda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, millət vəkili Şamil Ayrım, Türkiyə-KKTC Parlamentlərarası Dostluq qrupunun sədri, millət vəkili Orhan Erdem, TBMM Təhsil Komissiyasının sədri, sabiq təhsil naziri, millət vəkili Mahmut Özer, Türkiyə Təhsil Nazirliyinin Baş direktoru Fətullah Güner, Təhsil Nazirliyinin nümayəndələri, KKTC Prezidentinin sözçüsü Muslu Akgüney, KKTC Metrologiya İdarəsinin direktoru Sinan Güneş, KKTC Sürücülük Təhsili Verənlər Birliyinin prezidenti Emircan Tilki, Türkiyə və KKTC-dən çox sayda qonaqlar iştirak edəcək.
Tədbirə Azərbaycandan olan deputatları, QHT və mətbuat üzvləri də dəvət olunub.
Tədbirin rəsmi açılış mərasimi 15 oktyabr saat 11:00-da Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində olacaq.