image-rt-reklam
image-1backend

Türk Dövlətləri Birliyinin Qəbələ Zirvəsi yeni dövrün mesajıdır — Politoloq 

image-728x90

“Bəlkə də 50 il əvvəl Türk dövlətlərinin vahid təşkilat altında birləşməsi xəyal kimi görünürdü. Lakin bu gün həmin ölkələr birgə platformada toplanaraq ortaq mövqelərini ifadə edir, böyük layihələrin icrası üzərində çalışır və bir-birlərinə dəstək verirlər.” Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Arzuman Muradlı qeyd edib ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü bütün dünyaya aydın mesaj göndərib.

“Zirvə görüşündə qəbul olunacaq qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək və xalqların rifahı ilə təhlükəsizliyinə əlavə töhfə verəcək. Müasir dünyada türkün özünə dönməsinin, soydaşına sahib çıxmasının vacibliyi vurğulanıb. 1920-ci illərdə Zəngəzurun qərb hissəsinin Azərbaycanın və Türk dünyasının ayrılmasının əsas səbəbi düşmən qarşısında zəif və bölünmüş olmaq idi. Bu gün isə birliyin qorunması və güclənməyin alternativi yoxdur. Dövlət başçısının “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil” fikri tamamilə əsaslıdır. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə üzv ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq vacib amillərdəndir. Prezidentin Türkiyə ilə dərin hərbi əməkdaşlıq çərçivəsində son bir ildə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimin keçirildiyini xatırlatması da bu əməkdaşlığın praktiki nəticəsidir.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Prezidentin mesajı Turan Ordusunun yaradılmasına gedən yol xəritəsi kimi də qəbul edilə bilər — bu, sülhü və sabitliyi təmin edən bir ordu olacaq və narahatlığa əsas yoxdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90