image-rt-reklam
image-1backend

Turistlərin heyran olduğu ölkə: Türkiyə necə dünya turizminin mərkəzinə çevrilib? -FOTOLAR  

image-728x90

Artıq Türkiyə dünya turizimindən ən çox səyahət edilən 5 ölkə sırasına daxil olub. Son 5 il ərzində Türkiyəyə turist axını artıb. Tarix boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi edən və coğrafi mövqeyi ilə dünyanın ən əhəmiyyətli tranzit yollarından biri olan Anadolu  turizm yükünü öz üzərində daşıyır. Türkiyədə saysız- hesabsız  görməli yerlər var. Türkiyədə şərqdən qərbə, şimaldan cənuba əsl cənnəti xatırladır. Ümumdünya Turizm Təşkilatının 2024-cü ilin iyun ayında açıqladığı hesabata görə Türkiyə turistlərin ən çox səyahət etdiyi 5 ölkədən biridir.  Rəsmi trəqəmlərə görə Türkiyə cari ilin ilk 6 ayında turizmdən 23,7 milyard dollar gəlir əldə edib. Cari ilin ilk 6 ayında Türkiyəyə gələnlərin sayı 26 milyon 137 minə çatıb.Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə  13,9 faiz çoxdur.  Keçən il Türkiyəyə  56 milyon 694 min turist səfər edib. Türkiyəyə turist axının əsl səbəbi nədir?

Məşhur italyan səyahət bloqeri Matteo Pelusini hesab edir ki, Türkiyə pandemiya dövründən sonra dünyada turizmi ən yaxşı təbliğ edən ölkələrdən biridir.

Matteo Pelusini gürcü mediasına müsahibəsində Türkiyənin turizm potensialını yüksək qiymətləndirərək bildirib:”Türkiyə 2020-ci ildən sonra turizm sahəsində inqilab etdi. Müasir otellər, əla xidmət və əlbəttə tarixi abidələrin çoxluğu avropalı turistlərin diqqətini cəlb etdi. Türk mətbəxi artıq avropalıların damaq dadına uygundur. Məhz bu səbəblər turizm axının artmasına səbəb oldu.”

Məşhur səyyah və fud-bloger Mark Vins isə Türkiyə mətbəxini dünyanın ən yaxşı mətbəxlərindən biri kimi təqdim edib.”Türkiyə mətbəxi öz əsrarəngizdir. Məhz bu səbdən avropalı və rusiyalı turistlər daha çox Türkiyəyə səfər edir”- deyə bloger bildirib.

Sözsüz Türkiyənin əsrarəngiz təbiəti, tarixi abidələri turistlərin bu ölkəyə axınını sürətləndirir. Türkiyənin gəzilmək qurtarmayacaq, görməklə gözlərin doymayacağı gözəllikləri var. Bu yazımızda Türkiyənin ən gözəl gəzilməli olan məkanlarını sizin diqqətinizə çatdıracayıq.

Nemrut- Allahların yeri 
Adıyamanın Kahta rayonunda yerləşən və Kommagene Krallığının qədim şəhərini ehtiva edən milli parkda şir və qartal heykəlləri arasında 7 metrə qədər olan nəhəng heykəllər var. Bölgə tarix həvəskarları üçün idealdır.

image-1

Tarixi məkan- Amasra

Qara dənizin füsunkar şəhərlərindən biri olan Amasra sakit istirahət istəyənlər üçün ideal yerdir. Təbii gözəllikləri ilə yanaşı, qalası, muzeyi və Genuya qalası ilə dünyanın ən qədim yaşayış məskənlərindən biridir.

image-2

Amasya 
Qara dəniz bölgəsinin mərkəzi olan , quruda yerləşən Amasyada tarixlkə və təbiətlə baş-başa qala bilərsiniz. Şəhərin mərkəzindən keçən Yeşilırmakın kənarında düzülmüş və ənənəvi Osmanlı evinin bütün xüsusiyyətlərini özündə əks etdirən Amasya evləri bu şəhəri görmək üçün yaxşı bir səbəbdir. Amasya həm də nağıllar şəhəri kimi tanınır. Zəngin mətbəx turistlərin üçün vazkeçilməzdir.

image-3

Qədim Likiya

Likya, Roma və Bizans sivilizasiyalarından tarixi binaların yer aldığı Olimposda təbii və əsrarəngizbir məkandır. Çıralıda 3 min ildir yanan yanğını görüb dünyanın ən gözəl çimərliklərindən birində üzmək olar. Məhz bu səbdən il ərzində yüzminlərlə turist bu gözəlliyi öz gözləri ilə görmək üçün bura səfər edir.

image-4

Uluabat gölü
Bursadan 34 km uzaqlıqda yerləşən Uluabat gölü quruluşuna görə yüz minlərlə müxtəlif cinsdən olan su quşlarının qidalanması və sığınacaq yeri təmin edir. Su canlıları üçün zəngin quruluşa malik göldə 21 növ balıq var.

image-5

Şirince- Bir nağıl kəndi
Turistlərin ilboyu ziyarət etdikləri bir tarixi məkan var. Bura İzmirin Səlcuq mahalına 8 km məsafədə, Efes xarabalıqları ilə məşhur olan Şirincedir. Şirince, şərqdə üzüm bağları, şaftalı bağları və zeytun bağları ilə əhatə olunmuş tarixi bir Yunan kəndidir. Burada tikilən Şirincə evləri də 19-cu əsr Anadolu memarlığını əks etdirir. Əslində turistlər bura nağıllar kəndi kimi ad da qoyublar.

image-sirince

Tortum şəlaləsi
Gözəllikləri ilə göz oxşayan Türkiyədə bir məşhur məkanda var. Bura Tortum şəlaləsidir. Tortumdan 35 km. 48 metr hündürlüyü ilə şəlalə Asiya və Avropanın ən böyük, dünyada isə üçüncü ən böyük şəlalə kimi tanınır.

image-ttTürkiyədə tarixi 5000 ilə çatan çoxsaylı tarixi məkanlar var. Məhz turistlərin çoxu bu əraziləri ziyarət etmək üçün qardaş Türkiyəyə səfər edir. Türkiyəyə səfər edən turizm blogerləri məhz tarixi abidələrin qədimliyi və çoxluğu, həmçinin gözəl təbiətin Türkiyə turizminə töhfə verdiyini önə çəkirlər. Türkiyəyə səfər edənlər üçün maraqlı bir məqamı çatdırmaq istəyirik. Dünyanın yeddi möcüzəsindən ikisi – Efes Artemidası məbədi və Helikarnas mavzaleyi  məhz Türkiyədə yerləşir.

Qoşqar Salmanlı

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90