image-rt-reklam
image-1backend

Trombların əmələ gəlməsinin qarşısını almaq üçün 5 effektiv üsul

image-728x90

“Sağlam həyat tərzi və idmanla məşğul olmaq tromboz riskini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, elastiki (kompression) geyimlərin istifadəsi də tromboz riskini azaltmağa kömək edir”.

Ulusal.az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim-fleboloq Yelena Smirnova “RIA Novosti”yə deyib.

Zərərli vərdişlərlə mübarizə, qidalanma və su rejiminə riayət etmə, adekvat fiziki aktivlik – bütün bunlar tromboz ehtimalını azaldır. Həkim hamilə qadınlara, uzun yola çıxan sürücülərə və təyyarə sərnişinlərinə elastiki geyimlər geyinməyi məsləhət görüb.

Varikozdan əziyyət çəkən insanlar üçün Smirnova uzunmüddətli statik yüklənməni aradan qaldırmağı və hərəkətləri məhdudlaşdırmayan geyim və ayaqqabı geyinməyi məsləhət görüb. Bu insanlara hamam və saunalardan çəkinmək lazımdır.

Qeyd edək ki, tromboz qan dövranı sisteminin xəstəliyidir və qan laxtalarının damar divarlarında əmələ gəlməsi ilə xarakterizə olunur. Azərbaycanda hər il minlərlə insan bu xəstəlikdən əziyyət çəkir. Statistikaya görə, tromboz hallarının 70%-i aşağı ətraf venalarında baş verir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90