image-rt-reklam
image-telemmglpict000433593690_17534774590960_trans_nvbqzqnjv4bqpvlberwd9egfpztclimqf0rf_wk3v23h2268p_xkpxcbackend

Trampdan şok açıqlama: “Avropanı miqrantlar işğal edib”

image-728x90

ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya dörd günlük səfəri çərçivəsində Böyük Britaniyaya sərt tənqidlər ünvanlayıb. Ulusal .az xəbər verir ki, Qlazqo Prestvik Hava Limanına enər-enməz mətbuata açıqlama verən Tramp Avropada miqrasiya vəziyyətini “dəhşətli bir istilaya” bənzədərək, “Avropa yoxa çıxacaq” xəbərdarlığını edib.

“Avropanı məhv edən bu dəhşətli miqrasiyanı dayandırmaq lazımdır. Bəzi liderlər bu prosesə icazə verməyiblər, amma layiq olduqları qədər dəyər verilmir”, – deyə ABŞ Prezidenti bildirib.

O, həmçinin Böyük Britaniyaya çağırış edərək, “özünü yığışdırmalı” olduğunu deyib. Tramp qeyd edib ki, ABŞ-da sərhəd nəzarəti sərtləşdirilib və “ötən ay ölkəyə heç kim daxil olmayıb”.

Böyük Britaniyada isə miqrasiya ilə bağlı narahatlıq artır. 2025-ci ilin ortalarınadək Manş boğazı vasitəsilə ölkəyə keçən kiçik qayıqların sayı 22 mini keçib ki, bu da 2024-cü illə müqayisədə təxminən 50% artım deməkdir. Bu vəziyyət Baş nazir Kir Starmeri ciddi təzyiqlə üz-üzə qoyub.

Trampın səfəri ərəfəsində Londonda və Şotlandiyada geniş təhlükəsizlik tədbirləri görülüb. Londonun Kanari Wharf bölgəsində yerləşən dördulduzlu bir otel miqrant axınına qarşı ehtiyat olaraq hazırlanıb. Eyni zamanda Trampın golf meydançaları önündə kütləvi etirazların keçiriləcəyi gözlənilir.

Aberdinşirdə yerləşən Trampın lüks istirahət mərkəzinin qarşısındakı lövhəyə “Epşteyn adası ilə əkizləşdirilib” yazısı yerləşdirilib. Ətrafdakı sakinlər golf klubunun ətrafında qurulan yüksək hasarları və snayper qüllələrini “Amerika həbsxanası”na bənzədib.

ABŞ Prezidentinin səfəri zamanı Britaniyanın Baş naziri Kir Starmer və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşləri planlaşdırılıb. Ağ Ev bu görüşləri “ilişkilərin möhkəmləndirilməsi” addımı kimi dəyərləndirir, lakin böyük siyasi qərarların açıqlanacağı gözlənilmir.

Tramp, Starmeri “müvəffəqiyyətli insan” kimi qiymətləndirərək, onunla ticarət sazişi imzalamağını təqdir edib:

“Onlar bu saziş üzərində 12 ildir işləyirdilər, amma o işi bitirdi. Yaxşı sazişdir, Britaniya üçün faydalıdır,” – deyə Tramp bildirib.

Trampın səfəri həmçinin Vaşinqtonda gündəmə gələn Jeffrey Epstein sənədləri və Ghislaine Maxwell ilə bağlı müzakirələrlə eyni vaxta təsadüf edir. O, Maxwellə əfv verilməsi məsələsinin gündəmində olmadığını desə də, “qanuni olaraq buna icazə var” fikrini səsləndirib.

Səfər boyunca Tramp Şotlandiyadakı şəxsi golf sahələrini ziyarət edəcək, eyni zamanda geniş etiraz aksiyaları və təhlükəsizlik tədbirləri fonunda Avropa ilə münasibətlərin gələcəyinə dair mesajlar verəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90