image-rt-reklam
image-1backend

Trampa sui-qəsd qorxusu – qırıcılar havaya qaldırıldı

image-728x90

Ulusal.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Bedminster şəhərində yerləşən Donald Trampa məxsus qolf-klub üzərindən mülki təyyarənin uçması səbəbindən hərbi qırıcılar havaya qaldırılıb.

Fox News-un məlumatına görə, insident zamanı ABŞ-ın sabiq prezidenti Donald Tramp həmin ərazidə – Trump National Golf Club-da olub. Mülki təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 20:50-də) uçuşların müvəqqəti məhdudlaşdırıldığı zonaya daxil olub.

Hadisəyə dərhal reaksiya verən Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) mülki təyyarəni xəbərdar etmək üçün havaya hərbi qırıcılar qaldırıb. Qırıcılar pilotun diqqətini cəlb etmək məqsədilə siqnal raketlərindən istifadə ediblər.

NORAD bildirib ki, siqnal raketləri tamamilə yanaraq məhv olur və nə pilotlar, nə də yer üzərindəki insanlar üçün təhlükə yaratmır.

Qeyd edək ki, Bedminster şəhərində yerləşən Trampın qolf-klubu onun prezidentliyi dövründə və ondan sonra tez-tez istifadə etdiyi şəxsi rezidensiyalardan biridir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90