Türkiyəli analitik, Vətən Partiyasının üzvü Orcun Göktürk Amerika Birləşmiş Ştatlarının prezidentliyə namizədi Donald Trampa sui-qəsdin məqsədinin Ukraynadakı münaqişəni uzatmaq olduğunu bildirib.
Ulusal.az xəbər verir ki, onun fikrincə, bu yolla Respublikaçılar Partiyasının nümayəndələrinə Rusiyaya “mötədil yanaşma”nın mümkünsüzlüyü barədə mesaj göndərilib.
“Noyabrda ABŞ-da keçiriləcək seçkilər Ukrayna münaqişəsinə son qoymaq üçün həlledici olacaq. Trampa sui-qəsddən sonra respublikaçılara mesaj göndərilib. Mesaj belə səslənirdi: “Rusiyaya mümkün mülayim yanaşmaya cavab olaraq həyatınıza qəsd edirik”, Göktürk qeyd edib.
Onun sözlərinə görə, sui-qəsd cəhdi Amerikanın “dərin dövləti” tərəfindən təhdidlərin artdığını göstərir. Analitik əlavə edib ki, bu hərəkətlər Ukraynadakı münaqişənin “ömrünü uzatmağa” kömək edəcək.publika.az