image-rt-reklam
image-879485_srcbackend

Tramp Zəngəzuru ələ alır – “Reuters” agentliyi

image-728x90

ABŞ Prezidenti Donald Trampın cümə günü Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edəcəyi görüş, Cənubi Qafqazdan keçəcək strateji nəqliyyat dəhlizinin inkişafı ilə bağlı ABŞ-a eksklüziv hüquqların verilməsini nəzərdə tutan çərçivə sülh sazişinin imzalanması ilə başa çatacaq. Bu barədə “Reuters” agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Görüşdə imzalanacaq sənədlərin razılaşdırılmış hissəsinə əsasən, Ermənistan ABŞ-a bu nəqliyyat dəhlizinin uzunmüddətli inkişafı üçün xüsusi və eksklüziv hüquqlar təqdim etməyə razıdır. Bu dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity) adlandırılacaq və qısaldılmış şəkildə TRIPP kimi tanınacaq.

Mənbələrin bildirdiyinə görə, marşrut Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək və ABŞ bu torpaqları infrastrukturun inşası və idarə olunması ilə məşğul olacaq konsorsiuma subarendaya verəcək.

ABŞ rəsmilərindən biri qeyd edib:

> “Bu addım kommersiya mexanizmləri vasitəsilə regionu açacaq və gələcək hərbi qarşıdurmaların qarşısını alacaq.”

Həmçinin bildirilib ki, Ermənistan və Azərbaycan liderləri 1992-ci ildən bəri münaqişədə vasitəçilik missiyasını yerinə yetirən Minsk Qrupunun ləğv olunması ilə bağlı sənəd də imzalayacaqlar. Qeyd edək ki, bu qrupun həmsədrləri Fransa, Rusiya və ABŞ idi.

Adlarının açıqlanmasını istəməyən amerikalı rəsmilərin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla birlikdə Ağ Evdə keçiriləcək danışıqlarda və imzalanma mərasimində iştirak edəcəklər.

Tərəflər “sülhə aparan konkret yolun müəyyən edilməsi” və uzun müddətdir müzakirə olunan tranzit məsələsinin həllini nəzərdə tutan çərçivə sənədini imzalayacaqlar.

“Kyiv Post”un amerikalı rəsmilərə istinadən yaydığı məlumata əsasən, ABŞ bu marşruta dair “möhkəm təhlükəsizlik zəmanətləri” təqdim etməyəcək və ora qoşun göndərməyəcək. Vaşinqtonun iştirakı yalnız kommersiya xarakterli olacaq – ABŞ yüksək səviyyəli operatorlarla bağlanacaq sazişlər vasitəsilə marşrutun “bütün tərəflər üçün təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə” məsuliyyət daşıyacaq.haqqin.az

Tərcümə Ulusal.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90