image-rt-reklam
image-1backend

Tramp, yoxsa Harris?!

image-728x90

ABŞ-də prezident seçkiləri keçirilir

Bu gün ABŞ-nin 47-ci prezidenti seçilir. 1845-ci ildən bəri ölkədə prezident seçkiləri həmişə noyabrın ilk çərşənbə axşamı keçirilir.

Bu il proses noyabrın 5-nə təsadüf edib. Prezident seçkilərində səsvermə seçki məntəqəsində şəxsən və ya poçt vasitəsilə ümumxalq səsverməsi günü və ya əvvəlcədən həyata keçirilə bilər. Xaricdə xidmət edən hərbi qulluqçular da əvvəlcədən səs verirlər.

ABŞ prezidentliyinə iki əsas namizəd var: keçmiş dövlət başçısı və Respublikaçılar Partiyasının namizədi 78 yaşlı Donald Tramp  və hazırkı vitse-prezident,  Demokratlar Partiyasının namizədi Kamala Harris (60 yaş).

Əvvəlcə Prezident Co Bayden Demokratlar Partiyasından namizəd olmalı idi, lakin Trampla uğursuz iyun debatından sonra o, namizədliyini geri götürüb.

Son sorğuların nəticələri göstərir ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harrisin reytinqləri bərabərdir – amerikalı seçicilərin 49 faizi sorğularda hər ikisinə eyni dərəcədə etimad göstərir.

“The Wall Street Journal” qəzeti  yazıb ki, Tramp qalib gələrək Ağ Evə qayıdarsa, Amerika siyasətində “özünün möhkəmliyini və amerikalıların adından danışmaq iqtidarında olduğunu”  sübut edəcək.

80 milyona yaxın amerikalının erkən səsvermədə iştirak etdiyi bildirilib. Donald Trampın əksər əsas ştatlarda liderlik etdiyi məlum olub.

Bukmeker kontorlarının fikrincə, Trampın prezident seçkilərində qalib gəlmək şansı Harrisdən daha çoxdur. Onların hesablamalarına görə, keçmiş dövlət başçısının qalib-gəlmə ehtimalı 60 faizdən yuxarı, Kamala Harrisin şansı isə 40 faizdən aşağıdır. Qeyd edək ki, ABŞ-də təxminən 168 milyon seçici mövcuddur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90