image-rt-reklam
image-1backend

“Tramp yolu”ndakı sərdəhçilərimiz nəzərə alınmalıdır – Rusiya XİN

image-728x90

Sünik bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən Rusiya sərhədçilərinin olması nəzərə alınmalıdır.

Ulusal.az  RIA Novosti-yə istinadla xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev deyib.

O, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edib: Dördpendirli pizza

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-22-ci illər üçün imzalanmış üçtərəfli sazişlərini aktual hesab edilir, çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını bəyan etməyib. Rusiya Xarici İşlər Nazirliyi və rəhbərliyi dəfələrlə bəyan edib ki, Moskva münasibətlərin normallaşdırılmasında tərəfdaşlarına kömək etməyə hazırdır. Əvvəllər qeyd etdiyimiz kimi, regiondankənar qüvvələrin cəlb edilməsi Cənubi Qafqazda yeni problemlər yaratmamalı və sülh prosesini inkişaf etdirməməlidir.

Biz, həmçinin qeyd etmişik ki, Ermənistanın Aİİ-yə üzvlüyünü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olmasını nəzərə alınmalıır”.

Diplomat qeyd edib ki, “Tramp yolu” ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi hələlik layihənin təfərrüatları açıqlanana qədər öz rəyini qapalı saxlayır.Yenisabah.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90