image-rt-reklam
image-1backend

Tramp və Putin razılaşdı: Ukrayna sülh üçün torpaq itkisi ilə barışacaqmı?

image-728x90

Dünən  gecə Alyaskada dünya siyasətinin diqqət mərkəzinə çevrilən mühüm bir diplomatik hadisə baş verdi — Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında gərgin keçən görüş baş tutdu. Dünya mediası bu görüşün uğurla nəticələnməyəcəyini proqnozlaşdırırdı. “The Sun” və “The Washington Post” nəşrləri əvvəlcədən razılaşmanın çətin olacağını vurğulayaraq, Putinin kompromisə getməyəcəyini qeyd edirdilər.

Görüş öncəsi , “The Telegraph” nəşrinin yaydığı məlumata əsasən, ABŞ prezidenti Donald Tramp Rusiya tərəfinə konkret və sərt təkliflər irəli sürüb. Bu təkliflər aşağıdakı bəndləri əhatə edib:

Rusiyanın Ukrayna ilə müharibəni qeyd-şərtsiz dayandırması,

Rusiyanın Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyadan tam çəkilməsi,

Rusiyanın bütövlükdə Cənubi Qafqazdan geri çəkilməsi.

Əvəzində isə ABŞ tərəfindən Rusiyaya müəyyən güzəştlərin təklif edildiyi iddia olunur:

Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların mərhələli şəkildə ləğvi,

Beynəlxalq siyasi platformalarda Rusiyanın müəyyən səviyyədə dəstəklənməsi.

Analitiklərin fikrincə, Vladimir Putinin bu təkliflərlə razılaşmadığı və  Moskvanın geosiyasi məqsədlərindən geri çəkilmək niyyətində olmadığını bəyan etməsindən sonra müəyyən razılaşma əldə edilib. Rusiya ABŞ-ın konkret olaraq Donald Trampın müəyyən tələblərini yerinə yetirib. Rusiya mümkün bütün təkliflərdən imtina etməsi müqabilində ABŞ-ın daha sərt  cavab addımları ilə qarşılaşa bilərdii:

Ukraynaya hərbi və texniki yardımın kəskin şəkildə artırılması,

Münaqişə zonalarında strateji silah sistemlərinin yerləşdirilməsi,

Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların tətbiqi, o cümlədən Rusiya oliqarxlarının və dövlət aktivlərinin tam şəkildə dondurulması,

Abxaziya və Cənubi Osetiyada Gürcüstan yönümlü qüvvələrə daha geniş dəstək verilməsi.

Lakin beynəlxalq medianın yaydığı məlumata görə, görüşün sonunda Donald Tramp və Vladimir Putin razılaşa biliblər. Belə ki, tərəflər Ukraynada sülh müqaviləsinin bağlanması ilə bağlı ilkin razılaşmaya gəliblər. Artıq prosesin taleyi Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyindən asılıdır.

ABŞ prezidenti Donald Tramp görüşdən sonra Fox News-a verdiyi açıqlamada bu razılaşma barədə danışarkən qalmaqallı fikirlər səsləndirib. Jurnalistin “Zelenskiyə hansı məsləhəti verərdiniz?” sualına cavab olaraq Tramp belə deyib:

“Razılaşma bağlayın, siz buna məcbur olacaqsınız. Rusiya çox böyük ölkədir, Ukrayna isə deyil.”

Bu bəyanatla Tramp, əslində, Ukraynanın real güc balansını nəzərə alaraq sülhə razılaşmaqdan başqa çıxış yolunun olmadığını deməyə çalışıb. O, konkret şərtləri açıqlamasa da, “istənilən razılaşma yalnız danışıqlar nəticəsində əldə edilə bilər” fikrini vurğulayıb.

Mövzunu şərh edən “The Guardian” yazır ki, Trampın Zelenskiyə verdiyi “razılaşma bağlayın” çağırışı real vəziyyəti əks etdirmir. Xüsusilə Ukraynanın ərazilərinin bir hissəsinin hələ də işğal altında olduğu və ölkənin davamlı bombardmanlara məruz qaldığı bir şəraitdə bu məsləhətin praktik olaraq gerçəkləşməsi olduqca çətindir.

Analitiklərin fikrincə, Putinin Trampla görüşdə öz mövqeyini qoruyaraq razılaşma əldə etməsi onun Ukraynada müəyyən məqsədlərinə artıq çatdığını göstərir. Əgər bu sülh sazişi imzalanarsa, Ukrayna müəyyən ərazilərdən faktiki olaraq imtina etməyə məcbur qala bilər. Bu isə həm Zelenski hökuməti, həm də Ukrayna ictimaiyyəti üçün son dərəcə ağrılı qərar olacaq.

Alyaska görüşü göstərdi ki, geopolitik dialoqlar çox vaxt ədalətdən deyil, güc balansından doğur. Putin faktiki olaraq Ukraynada əldə etdiyi mövqeləri qoruyub saxlamaq istəyir və görünür, Tramp da bu reallığı qəbul edərək sülhün əldə olunmasını Zelenskinin qərarına buraxır. İndi əsas sual budur: Ukrayna sülh üçün torpaq itkisi ilə barışacaqmı?

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90