image-rt-reklam
image-1200_0_1755309735-5445backend

Tramp Rusiyanı sanksiyalarla diz çökdürür– WSJ

image-728x90

Ulusal.az xəbər verir ki, ABŞ-ın  sabiq vitse-prezidenti Mayk Pens bildirib ki, Rusiyaya qarşı yalnız diplomatiya kifayət deyil və Moskvanı danışıqlarda güzəştə məcbur etmək üçün sanksiyalar əsas təsir vasitəsi olmalıdır.

“The Wall Street Journal”da dərc olunan məqaləsində Pens qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə Alyaskada gözlənilən görüşü Ukrayna müharibəsinin başlanmasından bəri sülh yolunda mühüm irəliləyiş ola bilər. Onun sözlərinə görə, ilk dəfədir ki, Ukraynada qan tökülməsinin dayandırılacağına real ümid yaranıb.

Lakin Pens hesab edir ki, Kreml yalnız güc qarşısında geri çəkilir:

“ABŞ Putinə diplomatiyanın tempini və ya şərtlərini diktə etməyə imkan verməməlidir. Əgər Rusiya danışıqları uzatsa və ya fırıldaq etsə, yeni sanksiyalar dərhal işə salınmalıdır”.

Keçmiş vitse-prezidentin fikrincə, Konqres Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib Trampın masasına qoysa, bu, prezidentin danışıqlardakı mövqeyini xeyli gücləndirəcək.

Pens “kök və çubuq” metodunu xatırladaraq, Rusiyaya qarşı “çubuq”un sərt iqtisadi təzyiq, “kök”ün isə təcriddən çıxış imkanı ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu yanaşma Ukraynada ədalətli və davamlı sülh sazişinə real şərait yarada bilər.

Qeyd edək ki, senator Lindsi Qrem də Rusiyanın neft, qaz və digər ixrac məhsullarını alan ölkələrə yüksək tariflər tətbiqini nəzərdə tutan yeni sanksiya paketi təqdim edib.

Mayk Pens, həmçinin, Trampın 2019-cu ildə Türkiyəyə qarşı sərt sanksiyalar təhdidindən sonra prezident Rəcəb Tayyib Ərdoğanın atəşkəsə razılıq verdiyini xatırladıb. O, bu modelin Rusiya ilə bağlı da işləyə biləcəyini deyib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl müharibəni dayandırmaq üçün təkcə Rusiyaya deyil, Ukraynaya qarşı da müəyyən tarif və sanksiyaların mümkünlüyünü istisna etmədiyini bəyan etmişdi. ABŞ prezidenti yaxın vaxtlarda Putin və Zelenski arasında birbaşa görüşün keçirilməsini tələb etdiyini də açıqlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90