image-rt-reklam
image-1backend

Tramp Qəzza sektorunu ABŞ-a birləşdirmək istəyir

image-728x90

“ABŞ Qəzza zolağını alacaq və biz bununla məşğul olacağıq. Biz ona sahib olacağıq və bütün təhlükəli, partlamamış bombaların və digər silahların utilizasiyasına, ərazinin təmizlənməsinə, dağılmış binalardan qurtulmağa, orada yaşayan insanlar üçün sonsuz sayda iş yerləri və mənzillər yaradacaq iqtisadi inkişafın təşviqinə cavabdeh olacağıq”, – ABŞ Prezidenti Tramp Vaşinqtonda rəsmi səfərdə olan Netanyahu ilə birgə mətbuat konfransında bildirib.

O, lazım gələrsə, Qəzza zolağına Amerika hərbçilərinin göndəriləcəyini də istisna etməyib.

Bundan başqa, Tramp Qəzza zolağına, İsrailə və Səudiyyə Ərəbistanına səfər edəcəyinə söz verib.

O, Qəzza zolağını “söküləcək ərazi” adlandırıb.

Xatırladaq ki, Netanyahu ilə danışıqlardan əvvəl danışan Tramp Qəzzalıları Yaxın Şərqdə bir və ya bir neçə dövlətin təmin etdiyi yeni yerə köçməyə dəvət edib.

Fələstinliləri məskunlaşdıran ölkələr arasında Misir və İordaniyanın adını çəkdi. Onun sözlərinə görə, bu, “bir və ya bir neçə ərazi” ola bilər.

Öz növbəsində, HƏMAS-ın yüksək rütbəli rəsmisi Əbu-Zuhri ABŞ prezidenti Trampın “Amerikanın Qəzza zolağına sahib olması” ilə bağlı bəyanatını “gülünc və absurd” adlandırıb.

Reuters agentliyə verdiyi müsahibədə o, əlavə edib ki, “bu cür hər hansı ideya regionda düşmənçiliyi qızışdıra bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90