Tramp doğrudan da Ukraynada sülh istəyir, amma eqoist səbəblərə görə.
Ulusal.az xəbər verir ki, tanınmış amerikalı jurnalist Bill O’Raylinin “The Hill” nəşrində dərc edilən məqaləsində belə deyilir.
Müəllif yazır ki, ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını qazanmaq ideyasına həddindən artıq aludədir və bunun üçün Ukraynadakı müharibə onun əsas şansıdır: “Mən Trampın nə istədiyini dəqiq bilirəm. O, Nobel Sülh Mükafatını almaq istərdi. Bu, baş verə də bilər, verməyə də. Bu, heç də Norveçin ən dürüst təşkilatı deyil. Lakin o, bu məsələni həll etmək istəyir”.
Əvvəllər respublikaçılara yaxın “Fox News” kanalında işləyən O’Rayli, ümumilikdə Trampın Ukraynadakı taktikasını dəstəkləyib.
Eyni zamanda jurnalist Putini keçmişin diktatorları ilə müqayisə edərək onun üçün mənəvi dəyərlərin və sərhədlərin olmadığını qeyd edib: “O, Hitlerə, Maoya(Tsedun), Stalinə bənzəyir. Onun üzərində heç bir təsir rıçaqı yoxdur”.
Müəllif yazır ki, Putinin hətta “öz xalqının Sibirdə donub qalması belə vecinə deyil”.“AzPolitika.info”