image-rt-reklam
image-1backend

Tramp: Hindistan Rusiyadan neft almağı dayandırır

image-728x90

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Hindistan yaxın vaxtlarda Rusiyadan neft idxalını dayandırmağa hazırdır.

Ulusal.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib:

“O, məni Rusiyadan neft almayacağına inandırıb. Hindistan qısa müddət ərzində Rusiya neftindən imtina etməyə hazır olacaq.”

Amerika lideri əlavə edib ki, müharibə başa çatdıqdan sonra Hindistan yenidən Rusiya nefti ala bilər. Tramp həmçinin Çinin də Hindistandan nümunə götürəcəyinə ümid etdiyini vurğulayıb:

“İndi Çinin də eyni addımı atmasının vaxtıdır.”

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Hindistan Qərb ölkələrinin Rusiya neftindən imtinası nəticəsində yaranan boşluğu dolduraraq, Rusiya neftinin ən böyük alıcısına çevrilib. Reuters agentliyinin məlumatına görə, hazırda Rusiya Hindistanın neft tələbatının təxminən 40 faizini ödəyir. Müharibədən əvvəl bu göstərici 1 faizi belə keçmirdi.

Sentyabrın sonunda Bloomberg xəbər vermişdi ki, Hindistan Rusiya neftindən yalnız onu İran və ya Venesuela nefti ilə əvəz edə biləcəyi halda imtina etməyi planlaşdırır.

Qeyd edək ki, avqustun əvvəlində Tramp Hindistanın Rusiya neftini almaqda davam etməsini əsas gətirərək Hindistan mallarına əlavə 25 faiz rüsum tətbiq edən sərəncam imzalamışdı. Daha sonra, sentyabrın 12-də, ABŞ administrasiyası G7 ölkələrinə Rusiya neftinin alınmasına görə Çin və Hindistana 50%-dən 100%-ə qədər tariflər tətbiq etməyi təklif edib.

Tramp sentyabrın 23-də BMT Baş Assambleyasında çıxışı zamanı isə Hindistan və Çini Ukraynadakı müharibənin “əsas sponsorları” adlandırmışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90