image-rt-reklam
image-image_750x_68dbeebc7915fbackend

Tramp: “Azərbaycanın lideri və o biri oğlan…” – Paşinyanın adını çəkmədi

image-728x90

ABŞ prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında 30 ildən artıq davam edən münaqişəni həll etdiyini bəyan edib.

Ulusal.az xəbər verir ki, Amerika lideri bu fikri ölkənin ali hərbi komandanlığı qarşısında çıxışı zamanı səsləndirib. Tramp Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən tarixi görüşü və imzalanan sənədləri xatırladaraq deyib:
“Bu problem 36 ildir davam edirdi. Hamı deyirdi ki, həll olunmaz, amma mən həll etdim”.

Diqqətçəkən məqam isə Trampın çıxışı zamanı Ermənistanın baş nazirinin adını çəkməməsi olub. O, sadəcə belə ifadə işlədib:
“Azərbaycanın lideri və o biri oğlan…”.

Qeyd edək ki, ABŞ prezidenti son aylarda region münaqişələrinin həlli istiqamətində bir sıra iddialı açıqlamalarla çıxış edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90