Cari mövsüm İran çempionu olan Cənubi Azərbaycanın “Traktor” klubunun rəhbərliyində dəyişiklik baş verib.
Təbriz klubu mayın 16-da çempionluğunu qeyd etdikdən sonra icraçı direktor Səid Müzəffərizadə işindən ayrılıb.
Keçmiş futbol hakimi olan Müzəffərizadə 2 il çalışdığı vəzifəsindən öz istəyi ilə istefa verib.
Baş məşqçi Draqan Skoşiçin isə müqavilə müddəti bitib. Onunla yeni müqavilə barədə danışıqlar kluba yeni icraçı direktor təyinatından sonra aparılacaq. Xorvatiyalı mütəxəssisə Səudiyyə Ərəbistanı və İraqdan da təkliflər var. Onun komandadakı gələcəyi ilə bağlı hələ dəqiq qərar verilməyib.
Qeyd edək ki, “Traktor” bu mövsüm tarixində ilk dəfə İran çempionu olub.