Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib.
Rayonun Bulduq kənd sakini, 1995-ci il təvəllüdlü Səmədov Əjdər Elşad oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, Ə.Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib.
Faktla bağlı araşdırma aparılır.