Tovuzda itkin düşən 13 yaşlı qız tapılıb.
Ulusal.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.S.-nin yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib.
“Hazırda ailəsinə təhvil verilməsi gözlənilir”, – deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. İki gün idi onun axtarışları davam edirdi.