image-rt-reklam
image-1684809698_sebine-xasayeva-ggbackend

Torpaqlarımızın da, dilimizin də keşiyindəyik…

image-728x90

Səməd Vurğun Azərbaycana xitabən deyirdi ki, “Ayrılarmı könül candan?”. Məmməd Araz deyirdi ki, “Azərbaycan – mayəsi nur, qayəsi nur ki…”. Biz də bu misraların işığında formalaşmışıq, indiki yeniyetmələr, gənclər də bu kimi misraların işığında formalaşır, Azərbaycanı, Azərbaycan dilini sevib. Ədəbiyyatımız dünyanı bu dilin incəlikləri, gözəllikləri ilə heyrətləndirib. “Kitabi-Dədə Qorqud 1300 ildən çoxdu ” bu dilin söz Günəşi kimi qəlbitəmizlərin könül mülkünün ruhunun keşiyindədi…

Hələ sovetlər dönəmində, böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə də Azərbaycan dilinə xüsusi diqqət yetirirdi. Azərbaycanın Konstitusiyası hazırlananda Moskvanın etirazlarına baxmayaraq Azərbaycanın dövlət dili Azərbaycan dili oldu. Dahi tarixi şəxsiyyət buna etiraz edənlərə kəskin etirazını bildirmişdi.
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan dilinə qayğı daha da dönməzləşdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı imzaladı. Fərmanda Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd edilib. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərman da Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ifadəsi kimi tarixləşdi.
“Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunub ki, dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi və s. üçün zəruri şərait yaradılmalıdır. Yaradılıb, yaradılmışları yaşatamq isə vətəndaşlıq borcudur.
2001-ci il avqustun 9-da Prezident Heydər Əliyev avqustun 1-nin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. Bu Fərman hər bir azərbaycanlının mənəvi kamilliyinin formalaşması sənədidir…
Ulu öndər dilimizin azərbaycançılıq məfkurəsi ilə bağlılığını, xalqımızın böyük milli-mənəvi sərvətlərindən biri olduğunu da deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.”
1 avqust dilimizin günüdür. Təkcə avqustun 1- deyil, ilin 365 günü, illərin hamısı əbədiyyən bu günün ovqatı ilə yaşanılacaq…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kəlam – “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik” hər bir azərbaycanlının yerinə yetirməli olduğu mənəvi borcdur. Hər bir azərbaycanlı  dövlətimizi, dövlətçiliyimizi sevə-sevə torpaqlarımızın da, dilimizin də keşiyindədir…

Səbinə XASAYEVA,
VI Cağırış  Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90