image-rt-reklam
image-1backend

Toplum TV-nin ofisində axtarış aparıldı – DİN-dən AÇIQLAMA

image-728x90

Daxili İşlər Nazirliyi Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Ulusal.az xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Əlavə məlumat veriləcək”, – E.Hacıyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Toplum TV ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90