image-2000x150
image-222backend

Tomas de Vaal: “Azərbaycanla Qarabağ arasında münaqişə yenidən başlaya bilər”

image-728x90

“Qarabağla Azərbaycan arasında yeni münaqişə başlaya bilər. Mən bu münaqişənin baş verəcəyini proqnozlaşdırıram. Həmin vaxt Qərb çox gec proseslərə müdaxilə edə bilər ki, bu da yaxşı nəsə vəd etmir”. Ulusal.az xəbər verir ki, bu sözlərin müəllifi Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaala məxsusdur.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının olması vəziyyəti dəyişmir. “Lakin 2025-ci il dönüş nöqtəsi olacaq. Amma qüvvələr balansının necə olacağı məlum deyil”.

De Vaal hesab edir ki,Qərb Ermənistan-Azərbaycan sərhədi və iqtisadi məsələlərdə oyunçudur. “Ancaq Qərbin Qarabağ məsələsində praktiki olaraq heç bir təsir rıçaqları yoxdur. Qərbin və Rusiyanın bütün diqqəti Ukraynaya yönəlib. Qərb üçün indi ən vacib olan Ukraynanın sağ qalmasıdır”.

Ekspert vurğulayıb ki, Qarabağ ətrafındakı vəziyyətə az adam diqqət yetirir. Onun sözlərinə görə, artıq yarım ildir ki, Avropa formatı fəaliyyət göstərmir.

Tomas de Vaal vəziyyətin son aylarda pisləşdiyini də bildirib. O, keçid məntəqəsinin yaradılmasını yeni münaqişəyə doğru daha bir addım adlandırıb. “Lakin hələlik Azərbaycan Qarabağı boğmaq taktikasından istifadə edir . Faktiki olaraq 10 noyabr 2020-ci il tarixli bəyanatı yerinə yetirməkdən imtina edir”.

Qarabağ münaqişəsi üzrə mütəxəssis qeyd edir ki, onun üçün maraqlı olan məsələlər var. “Azərbaycan ilk növbədə Rusiyaya meydan oxuyub. Biz bilirik ki, əsas beynəlxalq oyunçu Rusiyadır. O, yer üzündə fiziki olaraq hər şeyi edə bilən yeganə oyunçudur. Bu işdə mənim üçün əsas sirr Rusiyanın hərəkətsizliyidir. Rusiya bu vəziyyətdə niyə belə passivdir? Bu cür addımlar Rusiyanın sülhməramlı missiyasının əhəmiyyətini itirməsinə gətirib çıxarır. Ermənistanla Qarabağ arasında azad əlaqə olmadığı halda niyə belə missiyanı üzərinə götürüb? Mənim üçün cavabı olmayan əsas sual budur”.

O, Əliyevin bu tələskənliyini də Türkiyədə keçiriləcək seçkilərlə izah edib. Tomas de Vaal seçkilərdə Türkiyənin hazırkı prezidenti Ərdoğanın uduzacağını və bunun Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanmasına səbəb olacağını istisna etməyib. “Ola bilsin ki, Türkiyə Azərbaycanın birmənalı müttəfiqi olmaqdan çıxsın. Ankaranın Cənubi Qafqazda öz gündəmi ola bilər və Türkiyə Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yox, kiçik qardaş kimi baxmağa başlaya bilər”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90