image-rt-reklam
image-1200_0_1759514749-5063backend

“Tomaqavk” raketləri Rusiyanı necə çökdürə bilər – ABŞ mediası

image-728x90

ABŞ-ın “Tomaqavk” tipli qanadlı raketlərinin Ukraynaya tədarükü reallaşarsa, bu, Rusiya prezidenti Vladimir Putinə təzyiqi artırmaq və onu müharibəni dayandırmaq üçün danışıqlar masasına oturtmaq məqsədilə mühüm rıçaq rolunu oynaya bilər.

Ulusal.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomaqavk” raketlərinin verilməsi barədə qərar verməyə yaxın olduğunu açıqlayıb. Bununla belə, Tramp bəyan edib ki, qərar qəbul edilməzdən əvvəl Kiyevin bu raketlərdən necə istifadə etməyi planlaşdırdığını öyrənmək niyyətindədir.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi, 2-ci rütbəli kapitan Dmitri Pletençuk isə bildirib ki, əgər Ukrayna həqiqətən də “Tomaqavk” raketlərini əldə etsə, bu, ölkənin müdafiə qabiliyyətini və Rusiya hədəflərinə qarşı strateji imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90