“Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 5 oktyabr tarixli qətnamə kollektiv Qərbin digər islam ölkələrinə, türk birliklərinə olduğu kimi, həm də Azərbaycana olan mənfur münasibətinin təzahürüdür”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, uzun illər ərzində erməni işğalına, bu işğalın acı nəticələrinə göz yumanların indi Azərbaycan əleyhinə belə bir kampaniyaya start verməsi absurddur:
“Uzun illər bizim işğal, yüz minlərlə qaçqın problemimiz gündəmdə idi. Lakin heç bri təşkilat, eləcə də Avropa Parlamenti bu müddət ərzində Azərbaycanın üzləşdiyi bunca böyük problemə normal münasibət bildirmədi. Onlar bizim problemlərdən üz döndərmişdilər. Sanki belə bir problem mövcud deyildi. Amma indi Azərbaycanın yaaşdığı bunca dəhçətlərin sonunda öz haqqını, öz hüququnu təmin etməsini həzm edə bimir, bir qrup erməni ilə bağlı məsələni astronomik miqyasda mürəkkəbləşdirməyə çalışırlar. Onlar dünyanı inadırmağa çalışırlar ki, guya Azərbaycan ermənilərin hüquqlarını pozur, onlara qarşı zorakıəlıq sərgiləyir və s. Xocalı soyqırımına kor olanlar, indi yox yerdən problem yaratmağa çalışrılar. Bu isə heç şübhəsiz onların qərəzli və ədalətsiz münasibətinin nəticəsidir”.






















