Türkiyədə keçirilən “TEKNOFEST – 2025” də müxtəlif ölkələrdəndən komandalar iştirak edir.
Yenisabah.az-a danışan gənclər festivalda avtonom robot layihələrini təqdim ediblər.
Komandanın təmsilçisi Elnur Qədirli bildirib ki, ideyalarını reallaşdırsalar, cəmiyyə üçün faydalı olacaqlar:
“İdeyamız avtonom hərəkət edən robotlardır. 7/24 işləyir, elektriklə fəaliyyət göstərir. Həm enerji sərfiyyatına qənaət edir, həm də tıxacları aradan qaldırır. Robotlar səkilərdə insanların hərəkət istiqamətinə uyğun olaraq hərəkət edir. Cəmiyyət üçün çox əlverişlidir və əsasən çatdırılmada istifadə olunacaq. Bu, bizim təqdim etdiyimiz ilk yarışmadır. Burada uğur qazansaq da, qazanmasaq da, ideyamızı irəlilədib üzərində işləməyi düşünürük. Həm Türkiyə, həm də Azərbaycan üçün əlverişli olacaq”.
Qeyd edək ki, iştirakçılar Bakı Ali Neft Məktəbini təmsil edirlər.