“Rusiya ilə Qərb arasında qlobal toqquşma zamanı Ermənistanın qərbə yönəlməyə cəhd etməsinə, Rusiya ilə oyun oynamasına ehtiyac yoxdur, çünki bu, başqa ölkələrin timsalından məlumdur ki, bu, yaxşı heç nəyə gətirib çıxara bilməz.” -Ulusal.az xəbər verir ki, bunu erməni media eksperti Tiqran Köçəryan müsahibəsində bildirib .
Onun sözlərinə görə, 2018-ci ildə hakimiyyətə anti-Qarabağ və anti-Rusiya ideyalarını rəhbər tutan qüvvə gəlib.
“Bu hökumətin proqramı Bolton planının Rusiyanın regionda təsirini neytrallaşdırmaq bəndləri ilə çox gözəl təsvir edilmişdi, erməni xalqı öz tarixi stereotiplərindən əl çəkməli, işıqlı günlərin birində İrana gedən yol bağlanmalı idi. Bu proqram 44 günlük müharibədən sonra, Qərb üçün yeni başağrısının – Qarabağdakı sülhməramlı qüvvələrin yaranmasından sonra sürətləndi. Əslində bir Rusiya təsiri əvəzinə iki təsir var idi, ona görə də anti-Rusiya təbliğatı güclənib”, -deyə Köçəryan bildirib.
Onun sözlərinə görə, sülhməramlı qüvvələri Qarabağdan çıxarmağın 2 yolu var – əhalini sülhməramlılarla təhlükəsiz olmadıqlarına inandırmaq və ya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq. Hər iki halda Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda olması öz mənasını itirəcək.
“Erməni-türk dostluğunun güclənməsi və Ermənistanda Rusiya hərbi bazasının olması mənasızlaşır. Bu proqramın tempi Rusiya-Ukrayna münaqişəsindən sonra daha da sürətləndi. Rusların Ukrayna cəbhəsində zəiflədiyi vaxtlarda burada anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Qərb Ermənistanı Qarabağ siyasətinə dəyişiklik etməyə məcbur edir, çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra ruslar oradan gedəcək, bundan başqa, Ermənistan-Türkiyə münasibətləri tənzimlənəndən sonra Rusiya hərbi bazası da buradan çıxarılacaq. O zaman Qərb İranla hesablaşma aparacaq. İranda da gərginliyin hökm sürməsi, ölkəni daxildən silkələməsi diqqət çəkir. Bütün bunlardan sonra regionu, tranzit infrastrukturunu və qaz kəmərlərini idarə etmək rahat olacaq”, – ekspert vurğulayıb.
“Yaxın zamanda Qərb öz planlarını gerçəkləşdirəcək və Zəngəzur dəhlizini acacaq”. -deyə Tiqran Köçəryan bildirib.






















