image-rt-reklam
image-1backend

“TikTok” gənclər üçün bunu QADAĞAN EDİR

image-728x90

“TikTok” gənclər üçün gözəllik filtrlərini qadağan edərək psixi sağlamlığı qorumaq üçün tədbirlər görür.

Ulusal.az xəbər verir ki, gözəllik filtrləri xüsusilə gənc qızlar arasında mükəmməl fiziki görünüş üçün təzyiq yaradır.

Bu vəziyyət psixoloji problemlərə və gənclərin filtrdən istifadə etdikdən sonra əsl üzlərini çirkin zənn etmələrinə səbəb olur.

Yeni qaydalara görə, yaşı 18-dən aşağı olan istifadəçilər gözlərini böyüdən, dodaqlarını dolğunlaşdıran və dəri tonunu dəyişən filtrlərdən istifadə edə bilməyəcəklər.

Bununla yanaşı, 13 yaşdan kiçik istifadəçilərin platformaya daxil olmasının qarşısını almaq üçün süni intellektə əsaslanan yoxlama sistemləri işə salınır. Süni intellektlə yaş yoxlama sistemlərini sınaqdan keçirən şirkət, ilin sonuna kimi saxta yaş ifadələrini aşkarlayan avtomatik sistemlər təqdim edəcək. Səhvən bloklanan istifadəçilər apellyasiya şikayəti edə biləcəklər.

Qaydalara əməl olunmazsa, böyük cərimələr tətbiq olunacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90