image-2000x150
image-1backend

“TikTok”da gördüyü videoya görə gözlərindən oldu

image-728x90

İsrailli qadın “TikTok”da gördüyü “Sağlamlığınız üçün Günəşə yarım saat çılpaq gözlə baxın” tövsiyəsinə əməl edib. Bundan sonra o, gözlərindən zədə alıb.

25 yaşlı Reyçel sosial media platformasında gördüyü video ilə başına iş açıb.

Videoda “Qədim Misirlilərin Günəşlə bağlı bu sirri bildikləri” iddia edilən, lakin hökumətlər tərəfindən “guya” gizli saxlanılan rituala əməl edib. Yarım saat gözünü çəkmədən günəşə baxan gənc qadının gözlərində qara ləkələr əmələ gəlib.

Bundan sonra onun görmə qabiliyyəti bulanmağa başlayıb. Hadisədən bir həftədən sonra isə həkimə gedən Reyçel gözlərinin tor qişasında lezyonların əmələ gəldiyini və geri dönməz zədələrə səbəb olduğunu öyrənib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90