Tribunainfo.az xəbər verir ki, məlumatı redaksiyamıza göndərən şəxs bildirir ki, Nihad Aslanov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft Akademiyası) bitirib və heç bir tibbi ixtisasa malik deyil. Buna baxmayaraq, onun sosial media hesablarında və ictimai paylaşımlarda peşəkar estetik cərrah kimi təqdim olunması müşahidə olunur.
İddialar bununla bitmir. Məlumata əsasən, Aslanov daha əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılıb və onun fəaliyyətinə qadağa qoyulub. Lakin buna baxmayaraq, o, hələ də müxtəlif klinikalarda, o cümlədən “Mayomed” klinikasında fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bu kimi hallar ölkədə qeyri-peşəkar şəxslərin tibbi sahədə fəaliyyət göstərməsi ilə bağlı artan narahatlıqları bir daha gündəmə gətirir.
Məsələ ilə bağlı qarşı tərəfin və aidiyyəti qurumların da mövqeyini işıqlandırmağa hazırıq.