image-rt-reklam
image-imagesbackend

Tibb bacıları İrandan qaçır – Nazir müavini etiraf etdi

image-728x90

Ulusal.az xəbər verir ki, İran Səhiyyə Nazirinin Abbas Ebadi ölkədə tibb bacısı çatışmazlığından danışaraq deyib: “Keçən il 1900 tibb bacısı təqaüdə çıxdı, 2150-yə yaxın tibb bacısı isə müxtəlif səbəblərdən ya işdən çıxdı, ya da uzun müddətə məzuniyyətə çıxdı”.

Ebadi bazar günü keçirdiyi mətbuat konfransında bu rəqəmlərə istinad edərək deyib: “Çox vaxt həyata keçirdiyimiz işə qəbul əslində sistemdəki boşluqları güc yolu ilə kompensasiya edə bilir.”

O, həmçinin bildirib ki, Səhiyyə Nazirliyi 7 aydır əmək haqlarını, 3 aydır ki, əlavə işlərə görə ödənişləri gecikdirir və hələ də ödəyə bilmir.

İran teleqram kanalları iddia edir ki, xəstəxanalarda tibb bacıları cinsi istismara məruz qaldığı üçün ölkədən qaçırlar. İranın Text teleqram kanalı yazır ki, 2024- cü ildə 150 tibb bacısı cinsi istismara məruz qaldığı üçün məhkəməyə müraciət edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90