“The Financial Times” yazır ki, ABŞ prezidenti Donald Tramp ötən həftə Ağ Evdə Avropa liderləri ilə görüşü zamanı Ukraynada sülhməramlı missiyanın bir hissəsi kimi Çin qoşunlarının yerləşdirilməsi ideyasını gündəmə gətirib.
Ulusal.az xəbər verir ki , məsələ həm Avropa liderləri, həm də Ukrayna prezidenti ilə aparılan müzakirələrdə qaldırılıb. Təklifə əsasən, Çin sülhməramlıları 1300 kilometrlik cəbhə xətti boyunca yerləşdirilməli idi.
Lakin bu ideya nə Ukrayna, nə də Avropa liderləri tərəfindən dəstəklənməyib. Onların fikrincə, Pekin Moskvaya dəstək verməkdə ittiham olunur və belə bir missiya Ukraynanın maraqlarına uyğun deyil.
Bununla yanaşı, Ağ Evin yüksək vəzifəli rəsmisi qəzetə açıqlamasında Trampın bu barədəki təklifinin həqiqətə uyğun olmadığını bildirib.