“Dünən qondarma rejimin rəhbəri Araik Harutyunyanın Azərbaycana hədə dolu bəyanatı, anti-terror əməliyyatını tezləşdirə bilər. Araik Harutunyan Azərbaycanı terrorla hədələyib. Hesab edirəm ki, Azərbaycanın anti-terror əm əliyyatı keçirməsi reallaşacaq” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, bu Azərbaycana qarşı təhdidir.
“2020-ci ildə Azərbaycan əsgəri cəmi 44 gün ərzində erməni ordusunun darmadağın etdi. Bu dəfə ermənilər tamamilə məhv ediləcək. Qarabağda olan silahlı ermənilər tərkisilah edilməli və Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Tezliklə Xankəndində Azərbaycan bayrağı dalğalanacaq” -deyə Arzuman Muradlı bildirib.






















