“Separatçıları Xankəndidə “xalq hərəkatı” adı altında aksiya keçirirlər. Hesab edirəm ki, bu aksiya dünyanın diqqətini yenidən Qarabağa yönəltmək üçündür. Amma reallıq budur ki, artıq dünya erməni yalanlarına inanmır” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, separatıçılar öz əməllərindən əl çəkməsələr anti-terror əməliyyatı qaşılmaz olacaq.
“Ali Baş Komandan İlham Əliyev də öz çıxışında erməniləri reallıqla barışmalı olduğunu bəyan etdi. Prezident bildirdi ki, əks halda ermənilərin cəzası ağır olacaq. Görünən odur ki, ermənilər anlayır ki, Azərbaycan ordusu ilə döyüşmək qüdrətində deyillər. Məhz buna görə bu gün səhər saat 9-da başlayan aksiyada çıxış edən qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan çıxış edərək məqsədlərini açıqlayıb. O, öncə hansı addımı atacaqlarını da bildirib: “Bəli, biz hazırıq, o zaman aşağıdakı addımların ardıcıllığını təklif edirik. İndi hamımız birlikdə Qırmızı Xaçın ofisinə gedirik, orada tələbimizi səsləndirəcəyik. Real məlumatlar səmimi şəkildə və rəsmiyyət olmadan ötürülməlidir”. Nersisyanın çıxışından bəlli olur ki, separatçıların əvvəlcədən dedikləri “döyüşəcəyik” iddiası pafosdan başqa bir şey deyilmiş. Onlar Azərbaycan Ordusunun qüdrətinə bələddirlər və törədəcəkləri hər hansı təxribatın nə ilə nəticələnəcəyini bilirlər. Ona görə də Qırmızı Xaçın ofisinə üz tuturlar. Görünən başqa bir məqam odur ki, ermənilər başa düşür ki, Qarabağdan separatçıların tezliklə təmizlənməsinə başlanılacaq. Hesab edirəm ki, yaxın günlərdə Qarabağda anti-terror əməliyyatı baş tuta bilər”- deyə Arzuman Muradlı bildirib.






















