image-2000x150
image-111111backend

“Tərtər işi” üzrə təqsirləndirilənlərin sayı 11 oldu – Yeni dosye gəlir

image-728x90

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfərin – Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Ulusal.az xəbər verir ki, “Tərtər işi” üzrə zərərçəkənlərin sayının çox olması səbəbindən işlərə Bakı Hərbi Məhkəməsinin hakimləri tərəfindən Sumqayıt Məhkəmə Kompleksində baxılır. 192 nəfər hərbçinin zərərçəkmiş qismində tanındığı cinayət işi üzrə hazırda təqsirləndirilən şəxslərin ümumi sayı 11 nəfərdir.

2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Qərarlardan sonra aparılan istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilib. Hazırda bilinən odur ki, 11 nəfər təqsirləndirilən qismində cinayət məsuliyyətinə cəlb olunub.

Bu ilin martında Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 2022-ci ilin sentyabr ayında isə iş üzrə daha 3 nəfər – Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham elan edilib. Bəkir Orucov həbsə qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib. Qeyd edək ki, Bəkir Orucov və digərilərinin cinayət işi üzrə, daha bir qrupun işi üzrə məhkəmə araşdırmaları davam edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90