image-rt-reklam
image-1backend

Tənzilə Rüstəmxanlı seçkilərlə bağlı qərarını açıqladı

image-728x90

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox yeniliklərin olacağı gözlənilir. Seçki nəticəsində yeni simaların da parlamentdə təmsil olunacağı istisna edilmir. Bu şəxslərdən biri də ictimai-siyasi xadim, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının olacağı iddia edilir.

Ulusal.az xəbər verir ki, məsələ ilə bağlı globalinfo.az-a danışan Tənzilə Rüstəmxanlı xəbəri təsdiq edib.

O, namizədliyini irəli sürdüyünü bildirib:

“Bəli, bu il Neftçala rayonu 61 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Yəqin ki, imza vərəqlərini sabah götürərəm. Bundan sonra artıq imza toplamağa başlayacağam”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90