image-rt-reklam
image-media-whatsapp-image-2026-03-07-at-13-02-52-x7q9c4-960x640backend

Tənzilə Rüstəmxanlı: “Azərbaycan qadını milli dəyərlərimizin dayağıdır”

image-728x90

8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız bayram xarakteri daşımır, eyni zamanda cəmiyyətin inkişafında qadın faktorunun əhəmiyyətini ön plana çıxarır. Bu baxımdan Azərbaycan qadınları şərəfli keçmişi və bu günü ilə xüsusi dəyər sahibidir.
image-media-whatsapp-image-2025-11-25-at-14-11-56-pb49vz-300x200

Azərbaycan qadını yüz illərdən bəri milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olub. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımız seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak ediblər.

Azərbaycan qadını vətənin müdafiəsi ilə yanaşı həm də dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara da borcluyuq.

Müstəqillik dövründə gender siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin rəhbərliyi ilə qadınların dövlət idarəçiliyində təmsilçiliyi genişlənmiş, gender bərabərliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır.Bu siyasət Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir.

Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində özünün daha parlaq təcəssümünü tapır. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir.

Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə, hüquq-mühafizə orqanlarında, eləcə də ordu sıralarında uğurla təmsil olunurlar.

Bu gün, 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində hər kəs böyük inamla vurğulayır ki, Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.

Bayramınız mübarək, əziz qadınlar!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90