image-rt-reklam
image-img-20241005-wa0019backend

Təməli qoyulan müəssisələrin Cəbrayılın inkişafinda böyük rolu olacaq

image-728x90

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıla oktyabrın 3-də baş tutan növbəti səfəri böyük əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsinin başlanğıcında ilk azad olunan şəhərimiz Suqovuşandan sonra Cəbrayıl şəhəri idi. Cəbrayıl Qarabağın giriş qapısı hesab edilir, çox böyük strateji əhəmiyyətə malik olan şəhərdir.

Ölkə başçısı İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 10 dəfə səfər edərək rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak edib.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Gərgin və sıx iş qrafikinə rəğmən cənab Prezident Qarabağın şəhər günlərində özü şəxsən iştirak edir. Bundan əvvəlki bütün Qarabağla bağlı önəmli günlərdə ölkə başçısı İlham Əliyev Xankəndinə, Ağdama, Şuşaya və Qarabağın digər bölgələrinə səfərlər həyata keçirib. 4 oktyabr Cəbrayıl şəhər günü ilə də əlaqədar olaraq ölkə rəhbəri Cəbrayıl şəhərinə gəlib və müxtəlif açılışlarda iştirak edib. Bu da onu göstərir ki,
Qarabağın hər bir qarışındakı abadlıq, quruculuq işlərinin hər biri ölkə Prezidentinin nəzarəti altında həyata keçirilir.
Səfər zamanı ölkə başçısı Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasinlərində iştirak edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin – sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.
İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər. Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Cənab Prezidentin bildirdiyi kimi, “Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməlini qoydum. O vaxta qədər “Araz Vadisi Sənaye Zonası”nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni, həm yaşayış yerləri, həm bütün infrastruktur – su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq. Dünən təməlini qoyduğum müəssisələrin fəaliyyətə başlaması gələn il nəzərdə tutulur. Bəlkə də bəzi müəssisələrin daha genişmiqyaslı fəaliyyəti olacaq və ilyarıma ərsəyə gələcək. Yəni, bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Bizim bu görüşümüz də bu dağıntılar arasındadır.”

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90