image-rt-reklam
image-7666-teknofest-istanbulda-ikinci-gun-coskusu-yogun-ilgi-devam-ediyorbackend

TEKNOFEST İstanbulda izdiham: Tarixdə ilk dəfə bu qədər iştirakçı qeydiyyatdan keçib

image-728x90

Atatürk Hava Limanında keçirilən TEKNOFEST İstanbul ikinci günündə də ziyarətçi axınına şahid olub. Ulusal.az xəbər verir ki, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı, TRT-nin kommunikasiya tərəfdaşlığı ilə davam edir.

Bu il festival çərçivəsində 58 əsas, 137 alt kateqoriyada yarışlar keçirilir. TEKNOFEST tarixində ilk olaraq İstanbulda keçirilən bu festivala rekord sayda iştirakçı qatılıb.

Ümumilikdə 565 mindən çox komanda və 1,1 milyon iştirakçı müraciət edib. İlkin mərhələləri uğurla keçən komandalar 85 milyon TL-dən (2 milyon dollar ) artıq maliyyə dəstəyi əldə ediblər. Qaliblərə isə 65 milyon TL-dən (1.5 milyon dollar)çox mükafat təqdim olunacaq.

Festival, bütün yaş qrupları üçün nəzərdə tutulmuş tədbirləri ilə diqqət çəkir. İştirakçılar burada hava şouları, konsertlər, səhnə çıxışları, tədris atelyeləri, simulyasiya zonaları, planetarium və elmi şoular kimi müxtəlif fəaliyyətlərdə iştirak edə bilirlər. Milli quru, dəniz və hava vasitələrinin sərgiləndiyi meydan da böyük maraq görür. Şagirdlər üçün isə xüsusi olaraq ilk uçuş təcrübəsi imkanı yaradılıb.

Festival səhnəsində məşhur sənətçi Kıraç 19 sentyabr saat 19:00-da konsert proqramı ilə çıxış edəcək.

Tamaşaçıların ən çox gözlədiyi bölmələrdən biri isə hava nümayişləridir. Bu gün səmanı SOLOTÜRK, Türk Ulduzları və F-16 qırıcı təyyarələri bəzəyəcək. Həmçinin ATAK helikopterləri, Hürkuş, ANKA, Bayraktar TB2, TB3 və AKINCI da festival çərçivəsində təqdim olunacaq.

TEKNOFEST İstanbul-a giriş tamamilə pulsuzdur, lakin iştirak üçün onlayn qeydiyyat tələb olunur. Ziyarətçilərin festival ərazisinə girişi hər gün saat 09:00-dan 19:00-dək mümkündür. Təşkilatçılar sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edilməsini tövsiyə edirlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90