image-rt-reklam
image-img-20250727-wa0038backend

Təhsil fəallarının əmək və fəallığı QİYMƏTLƏNDİRİLDİ – FOTOLAR 

image-728x90

Edu Forum MMC-nin təşkilatçılığı ilə “Təhsil Fəallarının İlin Yekununa dair Mükafatlandırılması Forumu” keçirilib. Tədbirin əsas məqsədi təhsil sahəsində fərqlənən şəxslərin ictimai fəallığını dəyərləndirmək və təhsil ictimaiyyəti arasında əməkdaşlıq imkanlarını genişləndirmək olub.

Forumda Milli Məclisin millət vəkilləri, tanınmış təhsil ekspertləri, müəllimlər, məktəb rəhbərləri, tələbələr və gənc təhsil fəalları iştirak ediblər. Təhsil ictimaiyyətinin geniş tərkibdə iştirakı tədbirin əhəmiyyətini daha da artırıb.

Tədbir çərçivəsində il ərzində maarifçilik fəaliyyəti, ictimai təşəbbüslərdə iştirakı, sosial layihələrdə aktivliyi və təhsilin inkişafına verdiyi töhfələri ilə seçilən şəxslər fərqləndirmə diplomları və sertifikatlarla təltif olunublar. Bu mükafatlar təhsil sahəsində çalışanların fəaliyyətinin ictimai dəyərinin tanınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Forum həmçinin, iştirakçılar arasında fikir mübadiləsinin aparılması, təhsil sahəsində aktual problemlərin və innovativ həll yollarının müzakirəsi baxımından da önəmli platforma olub.

Edu Forum MMC-nin təşkil etdiyi bu təşəbbüs təhsildə aktivliyin və ictimai iştirakçılığın stimullaşdırılması baxımından mühüm bir addım kimi qiymətləndirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90