Tehranda təhlükəsizlik qüvvələri 4 əcnəbini girov götürən cinayətkarları zərərsizləşdirib.
Bu barədə Tehran polisinin mətbuat xidməti məlumat yayıb.
Faktdan xəbər tutan hüquq-mühafizə orqanlarının əməkdaşları qısa müddətdə zəruri tədbirlər görüb, cinayətkarların yerini müəyyən ediblər.
Cinayətkarların üç nəfər olduğu məlum olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində cinayətkarlar məhv edilib, əcnəbi olan girovlar azad edilib.