HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın paytaxtı Tehranda növbəti sui-qəsd həyata keçirilib.
Ulusal.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Komandanı Bəhmən Mərəndi naməlum şəxslərin idarə etdiyi avtomobil tərəfindən əzilərək öldürülüb.
Hadisə ilə bağlı İrandan hələlik heç bir açıqlama verilməyib.
İranın Haniyənin öldürülməsinə görə İsraildən qisas alacağı gözlənildiyi bir zamanda yüksək səviyyəli kəşfiyyat komandirinin öldürülməsi sosial mediada tənqidlərə səbəb olub.publika.az