“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zəngəzur dəhlizi”nin reallaşmamasında yarana biləcək maneəni açıqlayıb. Bu bəlli olduğu kimi , qonşumuz İrandır” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, İranın bu dəhlizin açılmasına sərt reaksiyası qəbuledilməzdir.
“Çünki demək olar ki, bu dəhlizin İrana heç bir aidiyyatı yoxdur. Ancaq Ərdoğan Bakıdan geri dönərkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır” cümləsini səsləndirib. Ərdoğanın sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir.Həqiqətən Tehran Ermənistan hakimiyyətinə təzyiq etməsəydi, dəhliz məsələsi indiyənə qədər həll olunmuşdu. Tehran bu dəhlizin İranı oyundankənar vəziyyətə salacağından qorxur. Ancaq Tehran narahat olduğu mövzunu Bakı və Ankara ilə açıq müzakirə etmək əvəzinə altdan-alta Ermənistan hakimiyyətinə təzyiq edir ki, İrəvan Bakı ilə saziş imzalamasın. Bununla Tehran sözdə dost və tərəfdaş adlandırdığı Türkiyənin maraqları əleyhinə də siyasət yürütmüş olur ki, bunu Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan məhz belə qiymətləndirir.” – deyə Arzuman Muradlı bildirib.






















