Çad təhlükəsizlik qüvvələri Ndjamenadakı prezident sarayının ərazisinə tam nəzarət edir.
Ulusal.az xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hazırda iğtişaş yoxdur, lakin atışma nəticəsində xəsarət alanlar var.
Bundan əvvəl “Boko Haram” terror qruplaşmasının silahlıları ölkə prezidenti orada olarkən Çadın paytaxtı Ndjamena şəhərindəki prezident sarayına hücum ediblər.