Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.
Ulusal.az APA-ya istinadən bildirir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü – Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.