Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində daha bir erməni terrorçunu yaxalayıb.
Ulusal.az xəbər verir ki, bu barədə “İnfoteka24” Teleqram kanalı məlumat yayıb.
Yayılan məlumatda qeyd edilir ki, yaxalanan şəxsin 22 yaşı var.
Əlavə olaraq, bu barədə qondarma rejimin “Antiböhran Şurası”nın sədri Tiqran Petrosyan Facebook-da canlı yayımda məlumat verib.
Hələlik, olayla bağlı rəsmi açıqlama yoxdur.
Əlavə məlumat veriləcək.musavat.com