image-rt-reklam
image-1backend

TƏCİLİ! “Hizbullah” Netanyahunun iqamətgahını VURDU 

image-728x90

Livanın “Hizbullah” hərəkatının buraxdığı 3 kamikadze PUA-dan biri Hayfa yaxınlığındakı Qeysəriyyə şəhərində baş nazir Benyamin Netanyahunun iqamətgahına zərbə endirib.

Ulusal.az  telegram kanallarına istinadən xəbər verir ki, Netanyahunun harada olduğu məlum deyil.

Son məlumatlara görə, baş nazir evdə olmayıb və hadisə nəticəsində heç kim zərər çəkməyib.

İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib ki, Livan istiqamətindən İsrailin mərkəzinə doğru üç dron buraxılıb. Dronlardan ikisi havada məhv edilib, biri isə Qeysəriyyə şəhərindəki binaya çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ərəb mətbuatı isə yazır ki, dronların hədəfi İsrail baş naziri Benyamin Netanyahunun iqamətgahı olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90