image-rt-reklam
image-1675248603_tebrizbackend

Təbrizli futbolçunun bank hesabı bloklandı – Həmvətənlərinə pul topladığı üçün

image-728x90

Əslən Təbriz şəhərindən olan, İran və Asiya futbolunun tanınmış siması Kərim Baqiri Xoy şəhərində baş vermiş güclü zəlzələdən zərər görən şəxslərə yardım məqsədi ilə elektron ianə hesabı açıb.

Sabiq futbolçu həmvətənlərinə səslənərək hazırda küçədə gecələmək məcburiyyətində qalan xoylulara yardım üçün pul yığdığını açıqlayıb.

Lakin veteran futbolçunun bu elanından iki saat sonra onun bank hesabı İran hökuməti tərəfindən heç bir xəbərdarlıq edilmədən bloklanıb.

Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində azı üç nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90