image-rt-reklam
image-1backend

Təbii qaz fiaskosu: Yunanların ABŞ-la birgə qazdığı quyu boş çıxdı

image-728x90

Cənubi Kipr Rum Administrasiyasının (GKRY) Amerikanın “ExxonMobil” şirkəti ilə birlikdə qazdığı Kipr adasının cənubunda yerləşən sahələrdən birinin boş olduğu ortaya çıxıb.

Ulusal.az xəbər verir ki, GKRY Türkiyə və KKTC-nin bütün etirazlarına baxmayaraq, Kipr adasının cənubu və qərbində bəzi yerlərdə Türkiyənin qitə şelfini pozaraq 13 sahəyə bölüb.

Hətta bu sahələri beynəlxalq şirkətlərə də icarəyə verən GKRY, illərdir davam edən qazma işlərindən əhəmiyyətli təbii qaz qaynağına çata bilməyib.

Kipr Rum Administrasiyası yanvar ayında 5 nömrəli sahədə qazma işlərinə başlayıb. Onların yeni qazmadan gözləntiləri 800 milyard kubmetr olub. Hətta qazı boru kəmərləri ilə adaya çatdırmaq və Avropaya satmaq üçün planlar da qurmağa başlayıblar.

Lakin uzun sürən qazıntılardan sonra sözügedən sahənin boş olduğu, şirkətin qazma işlərini dayandırdığı qeyd olunub.

Yunanıstan Energetika Nazirliyi isə yunan mediasının məsələ ilə bağlı suallarına cavab verməyib.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90